Bakı, 9 fevral, AZƏRTAC
Sofiya Beynəlxalq Hava Limanında xuliqanlıq edən britaniyalı 72 saat müdddətində həbs olunub.
AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Sofiya Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, həmin şəxs polis əməkdaşlarını təhqir edib, əmrlərə tabe olmayıb və əmlaka ziyan vurub.
Prokurorluqdan bildirilib ki, britaniyalıya qarşı Cinayət Məcəlləsi üzrə məhkəməyəqədər istintaq aparılır.