EN

Mahir Süleymanlı seçiciləri ilə görüşüb



Milli Məclisin deputatı Mahir Süleymanlı vətəndaş qəbulu cədvəlinə uyğun olaraq növbəti dəfə qəbul keçirib.

Newscenter.az xəbər verir ki, qəbul Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasında baş tutub. Millət vəkili seçicilərin qayğı və problemləri ilə maraqlanıb, onları narahat edən məsələləri dinləyib.

Mahir Süleymanlı seçicilərin qaldırdıqları bir sıra məsələləri yerindəcə həll edib, aidiyyəti qurumlarla bağlı olan müraciətləri isə qeydə alaraq həmin problemlərin həllinə müvafiq qurumlarla koordinasiyalı şəkildə həll etməyə çalışacağını bildirib.

Süleyman
Chosen
61
newscenter.az

1Sources