EN

Naxçıvanın Baş naziri: Qarşıda duran vəzifələrin uğurla icra edilməsi üçün səylə çalışacağam

“Bu gün Azərbaycan tarixi Zəfərin yaratdığı yeni reallıqlar fonunda sürətlə inkişaf edir. Dövlət başçısının Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətti müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirməsi Azərbaycanın dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.

APA xəbər verir ki, bunu bu gün Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunan Cabbar Musayev MR Ali Məclisinin sessiyasında çıxışında deyib.

Baş nazir, Prezident İlham Əliyevə yüksək etimada görə minnətdarlığını bildirib.

O, qarşıda duran vəzifələrin uğurla icra edilməsi, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin layiqincə həyata keçirilməsi üçün bundan sonra da səylə çalışacağını bildirib.

Chosen
75
8
apa.az

10Sources