EN

İki yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Bakı.Trend:

Nizami və Xətai rayonları ərazisində soyğunçuluq hadisələriqeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda zərərçəkənlərin pulvəsaiti və iki ədəd mobil telefonunu açıq talama yolu ilə ələkeçirib.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsininəməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluqəməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkumolunmuş 36 yaşlı Vüsal Əzimov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, V.Əzimov dərsdən evə qayıdaniki yetkinlik yaşına çatmayan şəxsə yaxınlaşaraq onlardan guyayaşadığı binanın üçüncü mərtəbəsində yerləşən mənzildən ağırçantanı aşağı endirməyə kömək etmələrini xahiş edib. Daha sonrazərərçəkmişlərlə birlikdə binaya daxil olan V.Əzimov onların mobiltelefonlarını və pullarını götürərək hadisə yerindən uzaqlaşıb.Onun soyğunçuluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydəalınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayətişi başlanılıb. V.Əzimov barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Chosen
67
14
az.trend.az

10Sources