EN

“Avropa İttifaqının 2030-cu ilə qədər müharibəyə cəlb olunması planı var” - Viktor Orban

“Mövcud planlara əsasən Avropa İttifaqı (Aİ) 2030-cu ilə qədər müharibəyə cəlb olunacaq və Aİ ölkələrinin əhalisi buna hazırlıq görür”.

Missiya.Az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Brüssel bütün üzv dövlətlərə müharibədə iştirak etmələri üçün təzyiq göstərəcək.

Orban qeyd edib ki, Avropa İttifaqı müharibə iqtisadiyyatına keçidi elan edib və bu səbəbdən 2026–2030-cu illər dövrü insanların həyatı üçün ən təhlükəli mərhələ olacaq.

Siyasətçi bildirib ki, 2026-cı il müharibədən əvvəl keçiriləcək son seçkilərdir və məhz buna görə müharibə əleyhinə mitinqlər təşkil olunur.

Orban əlavə edib ki, Brüssel bütün üzv dövlətləri müharibəyə cəlb etmək üçün təzyiq göstərəcək və məhz buna görə də Macarıstan üçün əsas rəqib Brüsseldir, 27 üzvü olan “Tisa” partiyası deyil.

Daşqın HəsənovMissiya.Az

Chosen
61
missiya.az

1Sources