EN

Cəsarət Hüseynzadə: Sosial Tədqiqatlar Mərkəzi QHT-lər üçün “bir köynək yaxın” qurumdur

Sosial Tədqiqatlar Mərkəzi QHT-lər üçün üçün “bir köynək yaxın” olan qurumlardan biridir. Sosial Tədqiqatlar Mərkəzi nin (STM) fəaliyyətə başlamasından 7 il ötür. Bu müddət ərzində Sosial Tədqiqatlar Mərkəzi cəmiyyətdə müsbət imici olan, fəaliyyətini ardıcıl və sistemli şəkildə quran bir qurum kimi özünü təsdiqləyib.

Bu fikirləri QHT.az-a açıqlamasında “Informasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytın rəhbəri Cəsarət Hüseynzadə bildirib. Təşkilat sədri qeyd edib ki, STM tərəfindən həyata keçirilən müxtəlif sosial tədqiqatlar və analitik araşdırmalar bir sıra mühüm qərarların qəbul olunmasında əhəmiyyətli rol oynayıb. Qurumun rəhbəri, millət vəkili Zahid Oruc mediaya açıq, ictimai müzakirələrə daim hazır olan şəxs kimi tanınır və istənilən mövzuda açıq dialoqa üstünlük verir.

“Bu gün STM-in açıqladığı rəsmi hesabat vasitəsilə qurumun fəaliyyəti barədə geniş məlumat əldə etdik. Hesabatda vətəndaş cəmiyyəti ilə əməkdaşlığa ayrıca yer ayrılması xüsusilə diqqət çəkir. Sənəddə qeyd olunur ki, Sosial Tədqiqatlar Mərkəzi vətəndaş cəmiyyəti institutları və ictimai birliklərlə əməkdaşlığı ictimai iştirakçılığın genişləndirilməsi, sosial dialoqun gücləndirilməsi və qərarqəbuletmə prosesində ictimai rəyin daha dolğun əks olunması baxımından mühüm istiqamət kimi qiymətləndirir. Bu əməkdaşlıq modeli dövlət–cəmiyyət münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsinə və açıq idarəetmə prinsiplərinin təşviqinə xidmət edir.

Hesabatda bu məqam bir neçə cümlə ilə ifadə olunsa da, əslində STM-in vətəndaş cəmiyyəti və media ilə münasibətlərində daha geniş və dərin nüanslar mövcuddur. STM bu sektora açıq yanaşan, fərq qoymadan qapılarını vətəndaş cəmiyyəti institutları və mediaya açan azsaylı qurumlardandır. Ötən dövrlərdə QHT-lərin müxtəlif problemləri ilə bağlı Mərkəz hər zaman öz dəstəyini göstərib, məkanla təmin edib, ekspert dəstəyi ilə QHT-ləri və medianı təmin edib. QHT –lər üçün “bir köynək yaxın” olan qurumlardan biri kimi tanınıb.

Şübhəsiz ki, bu münasibətlərin formalaşmasında Zahid müəllimin ictimai-siyasi sektordan gəlməsi, eyni zamanda qurumda vətəndaş cəmiyyətini yaxşı anlayan şəxslərin təmsil olunması mühüm rol oynayır. Bu diqqət və dəstək hər zaman hiss olunub.

Bu məqamları qeyd etməyi özüm üçün vacib bildim. Lakin ən əsas və fundamental məsələ STM-in dövlət idarəçiliyində təqdim etdiyi mühüm analitik məlumatlar və tədqiqatların roludur. Bu fəaliyyət Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsinə, Prezident İlham Əliyevin uğurlu siyasi kursuna xidmət edən strateji əhəmiyyətli töhfə kimi dəyərləndirilməlidir.”

Chosen
63
qht.az

1Sources