ain.az, Fanat portalına istinadən məlumat yayır.
Gürcüstanda təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi ikinci yoxlama oyununu keçirib.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.