EN

Vərəm xəstəsi olan şəxs niyə hərbi xidmətə cəlb edilib? - Rəsmi CAVAB -YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda dünyasını dəyişib. Məlumata görə, Quru Qoşunlarında xidmət edən C.Sadıqov vəfatından 10 gün əvvəl - yanvarın 26-da hərbi xidmətə gedib. Qeyd olunur ki, vəfat edən şəxsin yaxınları tərəfindən bildirilib ki, ağır vərəm xəstəsi imiş.

Bəs vəfat edən şəxsdə əvvəlki yoxlamalar zamanı vərəm aşkarlanmayıb? Hansısa başqa xəstəliklər olubmu?

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Redaktor.az-a açıqlamasında bildirdi ki, məsələ ilə bağlı açıqlama olduqda ictimaiyyətə tədqim olunacaq. 

12:10

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda dünyasını dəyişib. Məlumata görə, Quru Qoşunlarında xidmət edən C.Sadıqov vəfatından 10 gün əvvəl - yanvarın 26-da hərbi xidmətə gedib. Qeyd olunur ki, vəfat edən şəxsin yaxınları tərəfindən bildirilib ki, ağır vərəm xəstəsi imiş.

Bəs vərəm xəstəsi olan şəxs niyə hərbi xidmətə cəlb edilib?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov Redaktor.az-a açıqlamasında bildirdi ki, hal-hazırda sözügedən məsələ ilə bağlı cinayət işi başlanıb və istintaq aparılır:

"İstintaqın yekununda hüquq-mühafizə orqanları tərəfindən məsələyə hüquqi qiymət veriləcəkdir".

Aytəkin TOFİQQIZI

Chosen
31
2
redaktor.az

3Sources