EN

Putinin medal verdiyi erməni komandir öldü

Rusiya orusunda könüllü ermənilərdən ibarət “ArBat” batalyonunun komandiri Ayk Qasparyan Ukraynada döyüşlərdə ölüb.

Turkustan.az xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Donetsk Xalq Respublikasının (DXR) Qorlovka şəhərinin meri İvan Prixodko məlumat yayıb.

Məlumata görə, Qasparyanın döyüş yolu “Vaqner” özəl hərbi şirkətinin tərkibində Artyomovsk (Baxmut) uğrunda gedən ağır döyüşlərdən başlayıb. 2023-cü ilin yanvarında o, Rusiya prezidenti Vladimir Putindən “İgidliyə görə” medalı ilə təltif edilib.

Daha sonra Ayk Qasparyan Rusiya Müdafiə Nazirliyinin Könüllülər Korpusunun tərkibində fəaliyyət göstərən “ArBat” batalyonuna rəhbərlik edib. Onun komandanlığı altında dəstə Avdeyevka istiqamətində döyüşlərdə iştirak edib, həmçinin Kursk vilayətində bir sıra yaşayış məntəqələrinin ələ keçirilməsində rol oynayıb.

Bildirilir ki, müharibədən əvvəl Qasparyan peşəkar MMA döyüşçüsü və məşqçi olub. Onun 34 yaşı olub.

Qeyd edək ki, ötən il “ArBat” batalyonunun qurucusu da öldümşdü. Fevralın 3-də Moskvada, Aviasiya küçəsində yerləşən “Alıye parusa” yaşayış kompleksində partlayış baş verib. Rusiya İstintaq Komitəsi yaralılardan birinin xəstəxanada öldüyünü açıqlayıb. Ölən şəxsin Donbasda fəaliyyət göstərən könüllü batalyonun sponsoru Armen Sarkisyan olduğu bildirilib. /Modern.az/

Chosen
76
1
turkustan.az

2Sources