Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunan Cabbar Musayev kollektivə təqdim edilib.
Bizim.Media xəbər verir ki, təqdimatdan əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Baş nazir Cabbar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib.
MÖVZU İLƏ BAĞLI:
Cabbar Musayev Naxçıvanın Baş naziri TƏYİN OLUNDU
Daha sonra Ceyhun Cəlilov Prezidentin təqdimatına uyğun olaraq, Cabbar Musayevi Nazirlər Kabinetinin kollektivinə təqdim edib.
Baş nazir çıxışında göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlığını vurğulayıb. O, ölkə başçısının müəyyən etdiyi strateji xəttə uyğun verilmiş tapşırıq və göstərişlərin vaxtında icra edilməsini, müəyyən edilmiş məsuliyyəti, dürüstlük, şəffaflıq və peşəkarlıqla yerinə yetirəcəyini bildirib.




Bizim.Media