EN

"AmCham Azerbaijan" xarici investisiyaların təxminən 80%-ni təmsil edən bir platformaya çevrilib - Dəyanət Sədullayev (FOTO/VİDEO)

Bakı. Trend:

"AmCham Azerbaijan” 30 il ərzində tək Amerika şirkətlərinindeyil, demək olar ki, xarici investisiyaların 80%-ni təmsil edənbir quruma çevrilib.

Bunu Trend-əmüsahibəsində Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmChamAzerbaijan”) prezidenti Dəyanət Sədullayev bildirib.

Onun sözlərinə görə, palata eyni zamanda ölkənin ən iri yerlişirkətlərini də öz ətrafında birləşdirir.

“Palatanın əsas məqsədi üzvlərinin maraqlarını qorumaq, onlararasında əməkdaşlığı, bilik və təcrübə mübadiləsini təşviqetməkdir. Biz üzvlərimiz üçün illik, rüblük sorğular, eləcə dəəməkhaqqı sorğuları, mütəmadi görüşlər və müxtəlif resurs imkanlarıyaradırıq. Bu mexanizmlər şirkətlərin inkişafına real töhfə verir”,– deyə D.Sədullayev qeyd edib.

O bildirib ki, “AmCham Azerbaijan” dövlət qurumları ilə biznessubyektləri, xüsusilə də kiçik və orta şirkətlər arasında dialoqplatforması rolunu oynayır. Bu dialoq açıq görüşlər, mövqesənədləri və "ağ sənədlər" vasitəsilə qurulur.

“Biz mütəmadi olaraq dövlət qurumlarının nümayəndələrini,nazirləri və məsul şəxsləri aylıq görüşlərimizə dəvət edirik. Eynizamanda mövqe sənədləri və "ağ sənədlər" hazırlayaraq dövlətlə açıqvə konstruktiv dialoqun qurulmasına töhfə veririk. Əlbəttə, bunlarözlüyündə şirkətlərin və onların bizneslərinin inkişafı üçün böyükimkanlar yaradır. Dediyim kimi, ilk olaraq bilik paylaşımlarına yolaçırıq, ölkəyə gələn, investisiya yatırmaq istəyən böyükşirkətlərin palatamız tərəfindən təmsil olunması, bizim palatadaözlərini təmsil etmələri, yerli şirkətlərin də onlardan yenibiliklər öyrənməsi, onlarla iş birlikləri, işgüzar mühit vəmünasibətlərin qurmalarında kömək göstəririk. Bu, biznes mühitinininkişafı üçün mühüm imkanlar yaradır”, – deyə o vurğulayıb.

Palata daxilində strukturlaşmış komitə və işçi qruplarınınfəaliyyət göstərdiyini deyən D.Sədullayevin sözlərinə görə, hazırda“AmCham Azerbaijan”da 11 komitə və 3 işgüzar qrup mövcuddur. Bustrukturlar vergi, gömrük, bankçılıq və digər sahələri əhatəedir.

“Bizim palatanın 11 komitəsi var və onlar sənayelər üzrəbölünüblər. Bunlar vergidən tutmuş gömrük, bankçılıq və digərsahələri əhatə edən komitələrdən ibarətdir. Həmçinin 3 işgüzarqrupumuz var ki, bu qruplar da komitənin yaranmasından öncə ilkinmərhələdir. Yəni işgüzar qrup uğurlu olsa, komitə formasınaçevrilir. Bu komitələr üzvlərimizin oxşar problemləri, oxşarmaraqları üzərində cəmlənən müzakirələrin aparılmasına, hər hansıbir nou-haunun (know-how) paylaşılmasına, birlikdə səslərinineşidilməsinə imkan yaradır.

"AmCham Azerbaijan”ın qərarvermə sistemi, ümumiyyətlə işləməsiçoxpilləli bir sistemdən ibarətdir. Bu, uzun müddətdir qurulmuş vəuğurlu fəaliyyət göstərən çoxpilləli sistemdir. Qərarvermələradətən komitələrdə başlayır, həmin komitələrdə müxtəlif mövzularmüzakirə olunur. Daha sonra həmin mövzular üzərində fikir bölgüsüaparılır, müəyyən bir ortaq nəticəyə gəlinir. Komitələrdən sonrakıməsələlər artıq idarə heyəti üzvlərinə çıxır və idarə heyətiüzvləri tərəfindən müzakirə olunur. Bundan sonra isə demokratik səsçoxluğu ilə bu qərarvermənin təsdiq və ya təsdiq olunmaması prosesibaşlayır”, – deyə o əlavə edib.

"AmCham Azerbaijan”ın prezidenti bildirib ki, palatanınqərarvermə mexanizmi çoxpilləli və demokratik prinsiplər üzərindəqurulub: “İdarə heyətinin üzvləri 10 nəfərdən ibarətdir. Onlarpalata üzvlərindən seçilən şəxslərdir. İdarə heyətində təsdiqolunan məsələlər sırf səs çoxluğu ilə təsdiqlənir və adətən də bu,heç bir subyektiv mövqedən ibarət olmur. Bu, əsasən assosiasiyanınümumi mövqeyini ifadə edən qərarlar olur.

Bəzən palata tərəfindən irəli sürülən təkliflər mənim şəxsibaxışımdan fərqlənə bilər və ya marağımla ziddiyyət təşkil edəbilər. Belə məsələlər də olur. Qeyd etdiyim kimi, bizim qərarverməprosesimiz - son qərarın təsdiqlənməsi idarə heyətində olur. İdarəheyətində 10 şirkəti təmsil edən 10 nəfər var. Hər şəxsin, şirkətinbir biznes və ya subyektiv marağı var. Amma qərarvermə səs çoxluğuilə keçirildiyi üçün burada əlbəttə ki, hər hansı bir şəxs və yaşirkətin maraqlarına zidd də qərarlar verilə bilir. Yəni mənimbunları dayandırmaq, mane olmaq kimi bir imkanım da yoxdur. Bu da"AmCham Azerbaijan”ın gücünü, etibarlılığını, şəffaflığınıgöstərir. Bu səbəbdən bizim 270-ə yaxın üzvümüz var. Bu səbəbdənbiz sevilirik, dəstəklənirik. Çünki qərarvermə prosesi demokratikkeçirilir və heç kimin şəxsi mövqeyini əks etdirmir, ümumiassosiasiya üzvlərinin dərdini təmsil edən bir mövqe ortaya çıxır”,– deyə D.Sədullayev vurğulayıb.

D.Sədullayev bildirib ki, palata 2005-ci ildən etibarən hər ikiildən bir “ağ sənəd” hazırlayır: “2025-ci il üçün hazırlanan ağsənəd artıq doqquzuncudur. 2023-cü il "ağ sənəd"ində yer alantəkliflərin təxminən 30%-nin icra olunması bizim üçün ciddi uğurgöstəricisidir”.

O qeyd edib ki, bu sənədlər çərçivəsində vergi prosedurlarınınsadələşdirilməsi, investisiya xidmətlərinin hüquqi tənzimlənməsi,ezamiyyə xərcləri normalarının yenilənməsi, elektron ədliyyəsisteminin genişləndirilməsi, ixtisaslaşdırılmış məhkəmələrinyaradılması və viza prosedurlarının sadələşdirilməsi kimi mühümdəyişikliklər həyata keçirilib.

“Bu faktlar onu göstərir ki, dövlət qurumları ilə açıq və şəffafkommunikasiya real nəticələr verir. Biz bu əməkdaşlığa görə dövlətnümayəndələrinə təşəkkür edirik”, – deyə o bildirib.

Palata prezidenti qeyd edib ki, “AmCham Azerbaijan” 2026-cı ildədə fəaliyyətini eyni prinsiplərlə davam etdirməyi, dövlət-biznesdialoqunu daha da dərinləşdirməyi planlaşdırır.

“Komitə sədrlərinin yenilənməsi, dəyişdirilməsi,gücləndirilməsinin üzərində ciddi iş aparırıq ki, “AmChamAzerbaijan” hər hansı bir subyektiv səbəblərdən asılı olmayaraq vəyaxud siyasi vəziyyətdən, konyunkturdan asılı olmayaraq özfəaliyyətini davam etdirə bilsin. Çünki bizim yeganə resursumuzüzvlərimizdir. Biz üzvlərimizi təmsil etməyə, onların maraqlarınımaksimum qorumağa, onların bizneslərini inkişaf etdirməyə, yenibiliklərə, yeni biznes praktikalarına əlçatanlığını artırmağaçalışırıq. Yəni 2026-cı il ərzində sadaladığım məsələləri inkişafetdirməyi düşünürük”, – deyə D.Sədullayev vurğulayıb.

O əlavə edib ki, “AmCham Azerbaijan”a üzvlük şərtləri açıq vəsadədir: “AmCham Azerbaijan”a üzv olmaq üçün şərtlər kifayət qədərasandır və buna onlayn şəkildə baxıla bilər. Amcham.az vebsaytınadaxil olduqda orada "üzv ol" hissəsini seçməklə tələblərlə açıqşəkildə tanış olmaq mümkündür. İlkin olaraq üzv olmaq istəyənşirkətin sənədləri yoxlanılır və daha sonra bu məlumatlar idarəheyətinə çıxarılır. İdarə heyətində qərarvermə səs çoxluğu iləhəyata keçirilir. Üzv olmaq üçün hər hansısa bir böyük biznesə vəyaxud da uğur hekayəsinə sahib olmaq kimi tələbimiz yoxdur.Tələbimiz “AmCham Azerbaijan”la oxşar dəyərlərin paylaşılmasıdır.Bu dəyərlər şəffaflıqdan, iqtisadi inkişafa töhfə verməkdən,dürüstlükdən ibarətdir. Çünki “AmCham Azerbaijan”ın bazarda ciddibiznes nüfuzu var. Biz bu nüfuzun qorunmasına çox həssas yanaşırıq.Üzvlərimizin də biznes nüfuzunun təmiz, ləkəsiz olmasının üzərindəfokuslanırıq”.

“Üzvlük üçün əsas meyar böyük biznesə sahib olmaq deyil,palatanın dəyərləri – şəffaflıq, dürüstlük və iqtisadi inkişafatöhfə vermək prinsipləri ilə uzlaşmaqdır. Biz bazardakı nüfuzumuzaçox həssas yanaşırıq”, - o fikrini yekunlaşdırıb.

Chosen
72
az.trend.az

1Sources