EN

Deputat Tahir Rzayev: Bu şəxs öz fəaliyyətinin bütün dövrlərində antiAzərbaycan mövqeyindən çıxış edib

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bir neçə gün əvvəl Rusiya səfiri Azərbaycanda Xarici İşlər Nazirliyinə çağırılıb. Bu çağırılma Rusiyanın Dövlət Dumasının deputatı Sergey Zatulinin açıqlamaları ilə bağlıdır. Azərbaycan tərəfi Zatulinin bəyanatlarını pisləyərək Rusiyaya nota verib. Tədbirin məqsədi diplomatik kanallarla narazılığı çatdırmaq və münasibətləri tənzimləmək olub.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Dumasının deputatı Zatulinin reallığı əks etdirməyən fikirləri Azərbaycan xalqında ciddi nifrət doğulur: “Bu şəxs öz fəaliyyətinin bütün dövrlərində antiAzərbaycan mövqeyindən çıxış etmiş və bu gün də öz məkrli fəaliyyətini davam etdirməkdədir”.

Tahir Rzayev

“Azərbaycan xalqına qarşı yetirilmiş, kütləvi qırğınlarda iştirak etmiş, torpaqlarımızın işğalını sürətləndirmiş, şəhərlərimizi xarabalığa çevirmiş bir qrup cinayətkarın mühakimə edilməsi və haqlı cəzalarını alması Azərbaycan qanunlarına uyğundur və beynəlxalq normalar, hüquq normaları əsasında həyata keçirilmişdir. Bu insanlar Qarabağda uzun illər təcavüzlə, terrorla, insan qırğınları ilə bilavasitə əlaqəli olmuş və qətllər törətmiş, nəticədə həbs edilmişlər. Belə cinayətkarların müdafiəsinə qalxmaq, insan qatillərini müdafiə etmək, əlbəttə ki, bəşəriyyətə, qanunlara hörmətsizlikdir. Ancaq Zatulinkimilər müəyyən qrupların tapşırıqlarını yerinə yetirərək, müəyyən vəsaitlərə aludə olaraq belə qatilləri siyasi məhbus adlandırır və onların azad edilməsi barədə özlərinin fikirlərini irəli sürürlər”-deyən deputat bildirib ki, bu fikirlər nə Azərbaycan cəmiyyəti nə də sülhsevər bəşəriyyət tərəfindən qəbul edilən deyil. Çünki bu cinayətkarların uzun müddət mühakiməsi, minlərlə insanların dindirilməsi, faktların ortaya qoyulması, həqiqətən də onların qatil, cinayətkar, terrorçu təcavüzkar olduğunu bir daha təsdiq etmişdir. Ancaq Zatulin bütün insanlıqdan uzaq fikirlərini ortaya qoymaqla həm özünü biabır edir, həm də deputat adına bir ləkə vurur. Məhz buna görə də, Rusiyanın Azərbaycandakı səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət edilmiş və ona nota təqdim olunmuşdur. Bu xəbərdarlıq bir çoxlarına dərs olmalıdır. Çünki Rusiya ilə Azərbaycan arasında sərinləşən münasibətdən son aylarda bir çox siyasətçilər xüsusilə Zatulin kimi bədxahlar istifadə edir və aranı qızışdırmağa cəhd göstərirlər.

Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə Rusiya ilə münasibətlərin yaxşılaşmasının tərəfdarı olub və bu gün də həmin istiqamətdə öz səylərini əsirgəmir. Çünki Rusiya ilə biz qonşu dövlətik və uzun illər yaxşı münasibətlərimiz olub. Rusiya ərazisində milyonlarla azərbaycanlı yaşayır. Eləcə də, Azərbaycanda minlərlə rus öz fəaliyyətlərini davam etdirir. Burada rus məktəbləri var, rus dilində universitetlərimizdə dərslər tədris olunur. Rus xalqına qarşı Azərbaycan xalqının münasibəti daimi sağlam olub və bu gün də bu ənənə davam etdirilir. Ancaq Zatulinkimilər bu münasibətləri bir daha korlamaq fikrindədirlər. Ona görə də, öz çirkin məqsədlərini belə yaramaz mülahizələrlə reallaşdırmağa çalışırlar. Ancaq mümkün deyil. Azərbaycan öz haqlı tələblərini yerinə yetirmək üçün hər cür çətinliklərə qalib gəlməyə qadirdir. Zatulinkimilər Rusiyada dəstəklənmir”.

Tahir Rzayev vurğulayıb ki, bu gün dünyada baş verən hadisələr, müharibələr, insanları bir çətinlik qarşısında qoyub və insanlar bu gün dünyada sülhün əmin amanlığın tərəfdarıdırlar.

Deputatın fikrincə, Azərbaycan qonşu dövlətlərlə daimi münasibətdə olmağı vacib hesab edir və bu istiqamətdə də öz fəaliyyətini davam etdirməkdədir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
icma.az

1Sources