Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili növbəti dəfə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana gözlənilən səfərinə münasibət bildirib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Vaxtilə Gürcüstana səfər etmək hər bir ABŞ lideri üçün vacib və şərəfli missiya hesab olunurdu. İndi isə hamı kənardan dolanır, sanki cüzamlı ölkəymiş kimi”, - Saakaşvili vurğulayıb.
Qeyd edək ki, Ceyms Devid Vens fevralın 9-da İrəvanda, bir gün sonra isə Bakıda səfərdə olacaq. ABŞ vitse-prezidentinin Tiflisə səfəri nəzərdə tutulmayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.