Milli Məclisin deputatı Kamran Bayramov bələdiyyələrin inkişafına mane olan əsas problemlərin açıq şəkildə qabardılmasının vacibliyini açıqlayıb.
Bayramovun sözlərinə görə, bələdiyyə xəritələrinin təqdim olunmaması bu sahədə əsas sistemli problemlərdən biridir və bələdiyyələrin normal fəaliyyətinə ciddi maneə yaradır.
Deputat qeyd edib ki, xəritələrin verilməməsi yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini tam icra etməsinə imkan vermir.
O, hÉ™mçinin bÉ™lÉ™diyyÉ™lÉ™rin maliyyÉ™ vÉ™ziyyÉ™tinÉ™ toxunaraq bildirib ki, 2–3 il É™vvÉ™l ölkÉ™ üzrÉ™ bÉ™lÉ™diyyÉ™lÉ™rin borc yükü tÉ™xminÉ™n 8 milyon manat təşkil edib.
Hazırda isÉ™ bÉ™lÉ™diyyÉ™lÉ™rin 15–20 faizinin faktiki olaraq fÉ™aliyyÉ™tsiz olduÄŸu qeyd olunur ki, bu da ümumi bÉ™lÉ™diyyÉ™ sisteminÉ™ mÉ™nfi tÉ™sir göstÉ™rir.
Kamran Bayramov dotasiyaların verilməsi mexanizminin də təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb. Onun fikrincə, böyük bələdiyyələrə ayrılan dotasiyaların bir hissəsi maliyyə baxımından zəif olan bələdiyyələr arasında bölüşdürülə bilər.
Deputatın sözlərinə görə, bu cür dəyişikliklər bələdiyyələr arasında balansın qorunmasına və yerli idarəetmənin səmərəliliyinin artırılmasına töhfə verə bilər.
Gülnar Nazimqızı