EN

Əmək pensiyaları indeksləşdiriləcək - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb.

HİT.az xəbər verir ki, sərəncama əsasən ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Qanunun müvafiq maddələrinə uyğun olaraq bir sıra tədbirlər həyata keçiriləcək.

Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2026-cı il yanvarın 1-nə Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini təmin etsin. Qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş pensiyaçılara münasibətdə bu əlavələr də nəzərə alınacaq. Eyni zamanda, 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilmiş maddi yardımlar da indeksləşdiriləcək.

Bundan başqa, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək.

Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

Qeyd edək ki, Sərəncam 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Chosen
16
47
hit.az

10Sources