Xəzər dənizi sahilində bir neçə quş cəsədi aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, bununla bağlı görüntüləri jurnalist Ramilə Qurbanlı öz “Facebook” səhifəsinə paylaşıb.
Hadisə dənizin Səbail rayonu sahilində - Şıxov çimərliyində qeydə alınıb.
Cəsədlərin dalğalar vasitəsi ilə sahilə çıxdığı ehtimal olunur.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu vermişik.
Nazim Hacıyev
Telegram kanalımız