EN

Avropa Komissiyası “Meta”ya etiraz bəyanatı göndərib

ain.az bildirir, Azertag portalına istinadən.

Berlin, 9 fevral, AZƏRTAC

Avropa Komissiyası “Meta” şirkətinə “WhatsApp” platformasında üçüncü tərəf süni intellekt (AI) köməkçilərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı “Etirazlar bəyanatı” göndərib.

AZƏRTAC xəbər verir ki, Komissiyanın ilkin mövqeyinə görə, “Meta”nın bu addımı Avropa İttifaqının rəqabət qaydalarının pozulması kimi qiymətləndirilə bilər.

Məlumata əsasən, “Meta” 2025-ci il oktyabrın 15-də “WhatsApp Business Solution Terms” sənədinə dəyişiklik edərək üçüncü tərəf ümumi təyinatlı AI köməkçilərinin tətbiqə çıxışını faktiki olaraq qadağan edib. Nəticədə 2026-cı il yanvarın 15-dən etibarən “WhatsApp”da yalnız şirkətin öz aləti – “Meta AI”aktiv qalıb.

Komissiya hesab edir ki, “Meta” Avropa İqtisadi Zonasında istehlakçı ünsiyyət tətbiqləri bazarında, xüsusilə “WhatsApp” vasitəsilə dominant mövqeyə malik ola bilər. Bildirilir ki, “WhatsApp AI” köməkçilərinin istifadəçilərə çıxışı üçün mühüm giriş nöqtəsidir və rəqiblərin kənarlaşdırılması bazara daxilolma və genişlənmə imkanlarını məhdudlaşdıra bilər.

Komissiya rəqabətə ciddi və geri dönüşü olmayan zərərin qarşısını almaq məqsədilə müvəqqəti tədbirlər tətbiq etməyi nəzərdən keçirir. Bununla belə, “Etirazlar bəyanatı”nın göndərilməsi araşdırmanın yekun nəticəsini əvvəlcədən müəyyən etmir.

Bu sənəd İtaliya istisna olmaqla Avropa İqtisadi Zonası ölkələrini əhatə edir. Çünki İtaliyanın rəqabət qurumu 2025-ci ilin dekabrında “Meta”ya qarşı müvəqqəti tədbirlər tətbiq edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
3
azertag.az

4Sources