EN

Qazaxıstanın yeni Konstitusiyasında vətəndaşların və əcnəbilərin hüquqları dəqiq müəyyənləşdiriləcək

Astana, 9 fevral, AZƏRTAC

Qazaxıstanın yeni Konstitusiya layihəsində insan hüquqları, ölkə vətəndaşları və xarici vətəndaşların hüquqları arasındakı fərqlər dəqiqləşdirilir.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bunu Qazaxıstan Respublikası Ədliyyə Nazirliyi yanında Qanunvericilik və Hüquqi İnformasiya İnstitutunun direktoru İndira Aubakirova bildirib.

Onun sözlərinə görə, təklif olunan dəyişikliklər Konstitusiyanın 14-cü maddəsinin müddəalarına aiddir və Əsas Qanunda insan mərkəzli yanaşma prinsipinin möhkəmləndirilməsinə yönəlib.

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları avtomatik şəkildə yaranmır. Bu hüquqlar yalnız Qurultayın səs çoxluğu ilə müvafiq qanun qəbul etdikdə formalaşır. Həmin qanunda bu hüquqların həcmi, onlardan istifadə şərtləri, eləcə də digər şəxslərin və dövlətin bu hüquqların daşıyıcılarına münasibətdə öhdəlikləri dəqiq müəyyən edilir”. Onun sözlərinə görə, bu, dövlət maraqlarını, vətəndaşları və hüquq sisteminin özünü qoruyan ədalətli və şəffaf yanaşmadır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
58
1
azertag.az

2Sources