EN

"İkinci hissədə meydançanın vəziyyəti daha da pisləşdi" - Jorj Kaşkilya

"İmişli" Misli premyer-liqasının 19-cu turunda "Kəpəz"lə heç-heçə etdi - 0:0.

"Football-plus.az" xəbər verir ki, "pələnglər"in baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komanda oyunun necə vacib olduğunu başa düşürdü. Erkən qol vurmaq istədik. Rəqib xırda follarla oyunun tempini aşağı saldı. Birinci hissədə təhlükəli vəziyyətlər az idi. İkinci hissədə meydançanın vəziyyəti daha da pisləşdi. Amma komandam qol vurmaq üçün çalışırdı. Hər iki komanda başa düşürdü ki, xal itirmək olmaz. "Kəpəz"lə aramızda 6 xal fərq var. Fərqi qoruya bildik. Qol vurub fərqi artırmaq istəyirdik. Amma alınmadı. Nəticəni qənaətbəxş hesab edirəm.

- Sizin oyunçularınız da vaxt aparırdı. Əvvəldən 1 xal sizi qane edirdi?
- Bütün oyunlara qələbəni düşünərək çıxırıq. Bu gün uduzmamaq çox vacib idi.

- Yeni transfer Dioqo Kardozunun oyunundan razı qaldız?
- Hələ fikir bildirmək üçün tezdi. 5 gün bizimlə məşq edib. Komandaya uyğunlaşması üçün bir az vaxt lazımdı. Hücum xəttinə köməyi dəydi. Sürətli, texnikalı oyunçudu.

- Azər Salahlının durumu necədi?
- Zədə boyun nahiyəsində idi. Hərəkət etməkdə çətinlik çəkirdi. Tibbi müayinədən keçməyin. Ümid edirik ki, ciddi zədə deyil.

Chosen
120
9
football-plus.az

10Sources