EN

Xoşbəxt olmaq istəyirsiniz? - Həkimin 7 məsləhətindən xəbərdar olun

Yeddi məsləhətə əməl etməklə daha xoşbəxt olmaq mümkündür.

Publika.az "El Economista" istinadən xəbər verir ki, bunu psixiatr Enrike Rojas bildirib.

Rojasın sözlərinə görə, ilk addım keçmişin yaralarını sağaltmaq və keçmiş səhvlərə görə özünü bağışlamağı öyrənməkdir. Həkimin ikinci məsləhəti ürək və ağıl arasında tarazlıq tapmaqdır. Digər vacib aspekt isə müsbət baxış bucağı və istənilən vəziyyətdə yaxşı tərəfi görmək bacarığıdır.

Mütəxəssis əlavə edib ki, xoşbəxtliyə çatmaq üçün iradəni inkişaf etdirmək lazımdır.

"İradə psixologiyamızın vacib elementidir və güclü, möhkəm, sarsılmaz, ardıcıl iradə əsl xəzinədir", - deyə o izah edib.

Chosen
94
3
publika.az

4Sources