EN

Şimali Koreyada "Squid Game" izlədiklərinə görə insanları edam edirlər

Dünya üzrə yeniyetmələr "Netflix" seriallarını izləyir və K-pop mahnılarına rəqs edərkən, Şimali Koreyada buna görə edam edilir. 

HİT.az xəbər verir ki, "New York Post"un "Amnesty International"a istinadən məlumatına görə, Kim Çen In rejimi hətta yeniyetmələri də ictimai şəkildə öldürür. Bu dəhşətli vəziyyəti insan haqları müdafiəçilərinə Şimali Koreyadan qaçmış qaçqınlar danışıb.

Şimali Koreyalılar bildirirlər ki, insanlar yalnız xarici proqramlar izlədiklərinə görə bazar meydanlarında və əmək düşərgələrində edam edilir, həmçinin vəhşicəsinə alçaldılırlar. Bu məlumatlar 2012–2020-ci illər arasında Şimali Koreyadan qaçmağa müvəffəq olan şəxslərlə 2025-ci ildə aparılmış 25 ətraflı müsahibəyə əsaslanır. Əksəriyyəti həmin dövrdə yeniyetmə olub.

"Amnesty International" yazır: “Fərqli vilayətlərdən gələn bu məlumatlar bir neçə edam hadisəsini göstərir ki, bunlar seriallarla bağlıdır”.

"Radio Free Asia" da 2021-ci ildə “Squid Game”i yaydığı üçün edamı sənədləşdirib.

Terrorun əsas qaynağı, görünür, 2020-ci ilin “Reaksiyaçı düşüncə və mədəniyyətə qarşı qanunu”dur. Cənubi Koreya serialları “xalqın inqilabi şüurunu iflic edən dağıdıcı ideologiya” hesab olunur. İzləməyə görə cəza: 5–15 il məcburi əmək. Məzmunu yayan şəxslər isə edam cəzasına məhkum edilə bilər.

Rejimin həyat və ölüm qərarlarına çox vaxt pul və əlaqələr təsir edir. "Amnesty International" ilə müsahibədə qaçqın Çxve Suvin bildirib: “Eyni əməl üçün insanları saxlayırlar, amma cəza yalnız pulla bağlıdır. Pul olmayan insanlar 5 000 və ya 10 000 dollar toplamaq üçün evlərini satır və beləliklə özlərini təlim düşərgələrindən alırlar".

Başqa bir qaçqın Kim Cunsik deyir: “Adətən məktəblilər tutulanda ailənin pulu varsa, onlara sadəcə xəbərdarlıq edilir. Mən cinayət məsuliyyətinə cəlb olunmadım, çünki əlaqələrimiz var idi".

Qaçqınların sözlərinə görə, uşaqlar edamlara görməyə məcbur edilir.

“Biz 16–17 yaşımızda orta məktəbdə oxuyanda, bizi edamlara aparırdılar”, deyə Kim Yndju bildirir.

Təqib və cəzalara baxmayaraq, Şimali Koreyada “Squid Game”i demək olar ki, hər kəs izləyib – işçilər, partiya funksionerləri, hətta təhlükəsizlik qüvvələrinin əməkdaşları da. Başqa bir müsahib olunmuş şəxs deyir: “Hər kəs bilir ki, hamı izləyir, o cümlədən [evləri yoxlayan] reydlər keçirənlər də”.

"Amnesty International" qaranlıq nəticə çıxarır: “Şimali Koreya distopik qanunları həyata keçirir; bu o deməkdir ki, cənubi koreya serialını izləmək insanın həyatına başa gələ bilər – əgər yalnız kimsə pul ödəmək imkanına malik deyilsə".

Samir

Chosen
40
hit.az

1Sources