EN

"Barselona"nın prezidenti istefa verdi

Kataloniyanın “Barselona” klubu yeni prezident seçkiləri ilə bağlı rəsmi kampaniyaya başlayıb.

Hakimiyyet.az  xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Seçki prosesi 9 fevral tarixindən etibarən start götürüb. Seçki isə 15 mart 2026-cı il tarixində keçiriləcək.

Seçki prosesi hazırkı prezident Joan Laportanın və idarə heyətinin istefası ilə başlayıb. “Barselona” prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq klubun birinci vitse-prezidenti Rafa Yuste icra edəcək. Joan Laporta yenidən prezident vəzifəsinə namizəddir. İddiaçılar Viktor Font, Mark Siria və Joan Kamprubi də var.

“Barselona” prezidenti vəzifəsinə rəsmi namizəd olmaq üçün iddiaçıların klub üzvlərindən ən azı 2321 imza toplaması tələb olunur.

Chosen
27
15
hakimiyyet.az

10Sources