EN

Tramp və Putin nə planlayırlar?

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması haqqında müqaviləni 2010-cu il aprelin 8-də Rusiya və ABŞ prezidentləri Dmitri Medvedevlə Barak Obama Praqada imzalamışdılar. Müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minmişdi.

Bu barədə Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışında bildirilib.

Tramp və Putin nə planlayırlar?

Qeyd edilib ki, bu sənəd strateji hücum silahları ilə bağlı 1991 və 2002-ci illərdə imzalanmış əvvəlki müqavilələri əvəz edirdi:

"Bir qədər də keçmişə baxsaq, onlar da özlərindən əvvəlki müqavilələrin davamı idi. Ümumilikdə strateji hücum silahlarının məhdudlaşdırılması təşəbbüslərinin hüquqi sənədlə rəsmiləşdirilməsinin tarixi 1972-ci ildən başlayır. O zaman imzalanan ilk müqavilə soyuq müharibənin ən qızğın vaxtında planeti nüvə faciəsindən qorumağa xidmət edirdi".

Əlavə edilib ki, 2010-cu ildə imzalanan sonuncu müqaviləyə görə, tərəflər strateji hücum silahlarını, yəni ballistik raketlərin, ağır bombardmançı təyyarələrin sayını məhdudlaşdırmalı idilər:

"Qitələrarası ballistik raketlərin sayı 700-dən çox olmamalı idi. Daha 1 550 belə raket ehtiyatda saxlanıla bilərdi. Bu cür raketlər ölkənin ərazisindən kənarda yerləşdirilməli idi. 2021-ci ildə başa çatan müqavilə avtomatik olaraq beş il müddətinə uzadılmışdı. Bu il isə Tramp ondan imtina etdi".

Həmçinin vurğulanıb ki, hazırkı vəziyyət o deməkdir ki, ABŞ və Rusiya strateji hücum silahlarının sayını qeyri-məhdud şəkildə, limitsiz artıra bilərlər. BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, son yarım əsrdə dünya ilk dəfədir ki, belə vəziyyətlə üzləşir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
2
oxu.az

3Sources