EN

ABŞ səfirliyi: Vensin Azərbaycana səfəri ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə dair öhdəliyi vurğulayır

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair ortaq öhdəliyi bir daha vurğulayır".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, vitse-prezident Cey Di Vens bu həftə Azərbaycana səfər edəcək:

"Bu səfər son illərdə Azərbaycana həyata keçirilən ən yüksəksəviyyəli səfər olmaqla, ABŞ-Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir. Vitse-prezidentin səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyi bir daha vurğulayır".

Bu həftə ?? ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycana səfər edəcək. Bu səfər son illərdə Azərbaycana həyata keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ–Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir. Vitse-prezidentin səfəri iki ölkə arasında əməkdaşlığın… pic.twitter.com/wFCBBX3wHC

— U.S. Embassy Baku (@USEmbassyBaku) February 9, 2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
20
oxu.az

10Sources