EN

Səfirlik: Vensin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair öhdəliyi təsdiqləyir

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair ortaq öhdəliyi bir daha təsdiqləyir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu həftə Azərbaycana səfər edəcək:

"Bu səfər son illərdə Azərbaycana həyata keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ–Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir. Vitse-prezidentin səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyi bir daha təsdiqləyir".

Chosen
32
20
far.az

10Sources