EN

Miqren yalnız baş ağrısı deyil Həkimdən xəbərdarlıq

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Miqren yalnız baş ağrısı deyil. Boyun və kürək əzələlərinin vəziyyəti də miqreni tətikləyə bilər”.

Ölkə.Az xəbər verir ki, bunu fiziterapevt Nuriyyə Əlibəyli deyib. O bildirib ki, uzun müddət əyilmiş duruş, boyun əzələlərinin gərginliyi və ya zəifliyi baş ağrısını artırır:

“Başın bir tərəfində pulsasiya, boyun və çiyin nahiyəsində gərginlik, işıq və səsdən həssaslıq, baş dönməsi və yorğunluq kimi əlamətlərə diqqət edib.

Ev şəraitində ağrını azaltmaq üçün qaməti düzəldin: Masa arxasında oturarkən ekran gözdə, boyun dik olsun.

Boyun və kürək məşqləri: Yüngül gərmə və gücləndirmə hərəkətləri edin.

İsti/soyuq tətbiqlər: Boyuna isti kompres əzələləri rahatladır, başın arxa hissəsinə soyuq tətbiq miqreni azalda bilər.

Stressi idarə edin: Yoqa, nəfəs məşqləri, qısa gəzintilər gərginliyi azaldır.

Yuxu rejimi və qidalanma: Pis yuxu, su içmək və kofein həddi ağrının intensivliyini azalda bilər.

İnteqrativ Tibbin müalicə üsulları (Nevral terapiya, akupunktura və s.) Fizioterapiya və postural məşqlər, Boyun masajı və manual terapiya ilə müsbət nəticələr əldə etmək olar”.

Mütəxəssisin sözlərinə görə, miqren və boyun problemi bir-birini gücləndirə bilər:

“Erkən müdaxilə və düzgün məşqlər ağrını xeyli azaldır və həyat keyfiyyətini yüksəldir. Müalicə nevroloq və fizioterapevt tərəfindən aparılır.

Evdə sadə tədbirlər kömək edir, amma davamlı ağrı varsa, mütləq mütəxəssisə müraciət edin”.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
2
olke.az

3Sources