EN

Fikrət Qocanın və Elza İbrahimovanın adları bu məktəblərə verildi

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib.

Yeniavaz.com xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Elm və Təhsil Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər qərarla, Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilib.

Həmçinin Mədəniyyət Nazirliyi və Qusar Rayon İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
5
yeniavaz.com

10Sources