EN

Azərbaycanda bu ətlərin satışına qadağa qoyula bilər

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İnsanlar mal əti alarkən artıq onun mənşəyindən əmin ola bilmirlər. 

Xüsusən də bu tip şübhələrin artmasına səbəb at, eşşək ətinin aşkar edilməsi olur. At ətinin kolbasa sexlərinə verilməsi barədə gəzən fikirlər də narahatlıqları artırır. 

İstehlakçı hüquqları üzrə ekspert Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, illərdir Azərbaycanda at əti və eşşək ətinin satılması faktı var: 

““Azad İstehlakçılar” İctimai Birliyi bunların bəzilərini ifşa edib, lakin qarşısını tam almaq mümkün olmayıb. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görüb. 

Hətta “Leş Tofiq” deyilən şəxs vardı, onu ifşa etdilər. Bu qurumun üstünlüyü ondan ibarətdir ki, cərimə edib buraxmır, bu istiqamətdə bütün hüquqi addımları atır. Bu sahədə adı çəkilən qurumun iş görməsi daha yaxşı olar”. 

Ekspert bildirir ki, bu işlər bələdiyyələrin, kənd ağsaqqallarının, müəllimlərin və sahə müvəkkillərinin gözü qarşısında baş verir:

“Bu işlə ümumxalq mübarizəsi aparılmalıdır. Bütün bunlar o səbəbdən baş verir ki, ölkədə heç bir ətin satışına qadağa yoxdur və qanunvericilikdə boşluq var. Qanunvericilik tələb edir ki, yalnız satılan ətin mənşəyi göstərilsin”. 

Ekspert bildirir ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalı və  heyvan ətləri ilə bağlı qadağalar tətbiq edilməlidir:

““Azad İstehlakçılar” İctimai Birliyinin ofisində 1963-cü ildə dərc olunmuş bir kitab var. Orada Azərbaycanda eşşək əti yeməli ət kimi qeyd olunur. Sonradan bunun ermənilərin etdiyi məlum olub. Bütün bunlar onu göstərir ki, düşmənlərimiz də bizi bu cür ət yeyən vəhşi xalq kimi təqdim etmək istəyiblər. 

İnsanlar ictimai fəallıq göstərib bunun qarşısını almalıdırlar. Belə heyvanları kəsib insanlara verən şəxslər ifşa olunmalıdır. İstisna edilmir ki, ənənəvi olmayan heyvan ətləri uşaq bağçalarına, restoranlara və dönərxanalara verilə bilər”. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
96
1
cebheinfo.az

2Sources