EN

Paşinyan Vaşinqtona gedəcək -Tramp dəvət ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə fevralın 19-da Vaşinqtonda Qəzza Sülh Şurası liderlərinin ilk toplantısında iştirak edəcək.

Redaktor.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ-nin vitse-prezidenti Ceyms Di Venslə birgə mətbuat konfransı zamanı məlumat verib.

Paşinyan Prezident Trampın dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirib.

Xatırladaq ki, D. Trampın təşəbbüsü ilə yaradılan və Yaxın Şərqdə sülhün bərqərar olunmasını hədəfləyən sözügedən nüfuzlu Şuranın nizamnaməsi yanvarın 22-də Davosda imzalanıb. Hazırda Sülh Şurasına ümumilikdə 27 ölkə üzvdür.

Chosen
19
5
redaktor.az

6Sources