Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.
Bu barədə millət vəkili Səbinə Salmanova sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd edək ki, Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olub. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirib. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır.
1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunub və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
Fəzail ağamalı Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı olub.
ZÜMRÜD