EN

Azərbaycana ABŞ-ın aparıcı şirkətlərinin geniş nümayəndə heyəti gəlib

Azərbaycana ABŞ-dan 31 şirkəti təmsil edən 60 nəfərlik nümayəndə heyəti səfər edib.

Moderator.az xəbər verir ki, bunu ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda deyib.

Onun sözlərinə görə, nümayəndə heyətində enerji sektoru, texnologiya, qida məhsulları və nəqliyyat sahələrini təmsil edən şirkətlər yer alır.

K. Çoksi Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək qeyd edib ki, adətən biznes əlaqələri siyasi münasibətlərdən daha sürətlə inkişaf edir:

"Ancaq burada bir az qeyri-adi olan odur ki, siyasi münasibətlər iqtisadi əlaqələri üstələyir. Buna baxmayaraq, şirkətlər sürətlə hərəkət edir və biz tezliklə lazımi səviyyəyə çıxacağıq. Bu, Sizin rəhbərliyiniz və hökumətinizin fəaliyyətinin nəticəsidir ki, burada iştirak edən nümayəndələr müxtəlif sahələri təmsil edirlər".

Görüşdə "Apple", "Ardea Energy Technologies Inc.", "Ericsson AB", "ExxonMobil", "Herbalife", "Illumina", "Meta", "Visa", "Wabtec", "Baker Hughes", bp, "Boeing Global", "Honeywell", "J.P. Morgan", "Lummus Technology", "Marriott", "Mastercard", "Shell International", "Azerbaijan Coca-Cola Bottlers" MMC və "Motorola Solutions" şirkətlərinin rəhbər şəxsləri iştirak ediblər.

Chosen
77
4
moderator.az

5Sources