EN

Fəzail Ağamalının ölüm səbəbi bilindi

Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.

Moderator.az Teleqraf-a istinadən bildirir ki, F.Ağamalı qızı Günay Ağamalı və nəvəsi ilə müalicə üçün Türkiyəyə gedibmiş. O, müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. Məlumata görə, F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Mərhumun nəşi yaxın saatlarda Bakıya göndəriləcək.

Qeyd edək ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.

Chosen
22
12
moderator.az

10Sources