“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Onlardan 10-u Avropa İttifaqının üzvü, 11-i isə eyni zamanda NATO-nun üzvüdür. Həmin ölkələr üçün hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir”.
Editor.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə deyib.
Dövlətimizin başçısı bildirib: “Biz bütün öhdəliklərimizi yerinə yetiririk və siyasi gündəliyi heç zaman biznes ilə qarışdırmırıq və bu, bizim üçün qlobal enerji bazarında beynəlxalq fəaliyyətimizi genişləndirmək üçün yaxşı fürsətdir”.