EN

“Biz həmin səhv addımı atmamışıq” Prezident

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Ümumiyyətlə, ölkəmizdə çox müsbət biznes mühiti mövcuddur. Biz nəhəng sərmayələri cəlb etmişik. Əgər ölkənin ölçüsünə və əhalinin sayına baxsanız, son iki onillik ərzində 350 milyardlıq sərmayə həqiqətən çox böyük rəqəmdir”.

Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Hamımızın bildiyi kimi, sərmayələr istənilən ölkənin inkişafında əsas aparıcı qüvvədir. Biz və qanunvericiliyimiz hər zaman xarici sərmayələrə açıq olub. O cümlədən 30 il əvvəl imzalanmış pay bölgüsü sazişlərinə gəldikdə, heç bir söz belə dəyişməyib.

Bilirəm ki, belə hal dünyanın hər yerində olmur. Bəzən siz danışıqlar aparmaq, müəyyən güzəştlərə getmək və sonra isə şərtlərə yenidən baxmaq istəyirsiniz. Burada heç zaman elə hal olmayıb, çünki biz tam əminik ki, xüsusi olaraq, dediyim kimi, 1990-cı illərin əvvəlində yoxsul vəziyyətdə olmuş ölkəyə etimad qurulmalı idi. Siz etimadı illər boyu qurmalısınız və yalnız bir səhv addım həmin etimadı poza bilər. Bir sözlə, biz həmin səhv addımı atmamışıq. Əksinə, bu gün, bizimlə işləyən şirkətlərin sayı artır. Beynəlxalq əlaqələrimizin coğrafiyası da genişlənir. Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var. Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”, – deyə Prezident vurğulayıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
17
icma.az

10Sources