EN

Mehriban Xanlarova: “Vəzifə insanı ucaltmır, xarakterini üzə çıxarır”

Yeni idarəetmə strukturları üzrə aparılan dəyişikliklərlə bağlı Mehriban Xanlarova bildirib ki, bədii rəhbər və baş rejissor ştatlarının ləğvi prosesi zamanı Mehriban Ələkbərzadənin fəaliyyəti dayandırılıb. Onun sözlərinə görə, Ələkbərzadə kollektivlə halallaşmadan və hər hansı açıqlama vermədən iş yerini tərk edib.

Mehriban Xanlarova NOCOMMENT.az-a açıqlamasında qeyd edib ki, bu hadisə rəhbər vəzifədə olan şəxslər üçün ibrət dərsi olmalıdır və onları daha məsuliyyətli, vicdanlı və insani davranmağa sövq etməlidir. O vurğulayıb ki, vəzifə insanı ucaltmır, əksinə onun daxili dünyasını və xarakterini ortaya qoyur. Xanlarovanın fikrincə, insanın tutduğu vəzifə onun səviyyəsindən yüksək olduqda, özünü idarə etməkdə çətinlik yarana bilər.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında idarəetmə strukturu yenilənib və bu çərçivədə bir sıra ştat vahidləri ləğv olunub.

Chosen
94
nocomment.az

1Sources