EN

Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Böyük Britaniyada mağazanın süni intellekt çat-botunu aldadan müştərisi bununla 80 faiz endirim kuponu əldə edib. Sahibkar deyib ki, mağazanın süni intellektli çat-botu təxminən 6 ay problemsiz işləyib, lakin hiyləgər müştəri sistemi aldada bilib.

Reyting.az-ın məlumatına görə, müştəri uzun yazışmalar nəticəsində süni intellekti əvvəlcə 25 faiz, daha sonra isə 80 faiz endirim təklif etməyə razı salıb və 8 min avro dəyərində sifariş verib.

Sonradan məlum olub ki, çat-bot sistemdə mövcud olmayan, təsadüfi simvol, eləcə də rəqəmlərdən ibarət olan saxta kupon kodu yaradıb. Satıcı isə bunu biləndə sifarişi ləğv etmək istəsə də, müştəri mağazanı və sahibini məhkəmə ilə hədələyində sahibkar tərəddüd edib. Nəticədə mağaza sahibi pulu geri qaytarmalı olub, sifarişi ləğv etməklə, maddi ziyanla üzləşib.

Mağaza sahibi vurğulayıb ki, ümumiyyətlə, çat-botun belə mübahisəli vəziyyətlərdə maliyyə qərarları verməsi nəzərdə tutulmayıb, çünki bu süni intellekt sistemi yalnız dükanın sahibi işdə olmadığı vaxtlarda həmişə eyni missiya ilə işləyib.

Britaniyalı sahibkar bildirib ki, onun mağazada olmadığı vaxt ərzində müraciət edən hər müştəriyə məlumat vermək üçün istifadə edilən süni intellekt çat-botunun tələyə düşəcəyini və aldanacağını təsəvvür edə bilmir.

Məlumata görə, Böyük Britaniya vətəndaşı olan bu hiyləgər müştəri barədə sahibkarla bərabər bəzi qurumlar da müxtəlif iddialar irəli sürüb, lakin səslənən fikirlərə rəğmən, onun cinayət məsuliyyəti daşımadığı bəyan olunub.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
reyting.az

1Sources