EN

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Oxu.Az-a mərhumun oğlu Elçin Ağamalı məlumat verib.

O bildirib ki, hazırda mərhumun harada dəfn ediləcəyi müəyyənləşməyib.

Xatırladaq ki, 78 yaşlı mərhum siyasətçi axşam saatlarında Türkiyədə dünyasını dəyişib.

Chosen
40
9
ikisahil.az

10Sources