EN

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Sabirabad və Hacıqabul rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Publika.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilir ki, "Qaz İxrac" İdarəsi tərəfindən magistiral qaz kəmərində təmir-bərpa və digər texniki işlərin görülməsi ilə əlaqədar olaraq fevralın 10-da, saat 09:30-dan etibarən işlər başa çatanadək "Qarasu" QPS-dən Sabirabad rayonunun 16 kəndində - Qaraqaşlı, Quruzma, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı, Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yolçubəyli, Narlıq, Zəngənə kəndlərində (7 298 abonent), Hacıqabul rayonunun 12 kəndində - Qarasu, Padar, Abdulabad, Kolanı, Talışbinalar, Talış, 1-ci Meyniman, 2-ci Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli, Bürvənd kəndlərində (3 322 abonent), həmçinin "Nərimankənd" QPS-dən Sabirabad şəhəri Z.Əliyev küçəsi və rayonun 17 kəndində - Kürkəndi, Məmişlər, Əsədli, Qaralar, Qəfərli, Şıxlar, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (9 837 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Chosen
29
23
publika.az

10Sources