EN

Avropa Ukraynanın Aİ yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi planlaşdırır.Bizim.Media xəbər veirr i, Bloomberg-in mənbələrə istinadən yazdığına görə, Avropa İttifaqı Ukraynanın Aİ-yə üzvlüyünə təminatların gələcək sülh sazişinə necə daxil edilə biləcəyinə dair bir neçə variant hazırlayır.

 

Müzakirə olunan variantlar arasında Kiyev üçün Aİ-yə üzvlük zamanı təqdim olunan müdafiənin başlanğıcdan təmin edilməsi, eləcə də blok üzvlərinin əldə etdiyi bəzi hüquqların dərhal verilməsi yer alır.

Digər variantlar isə Ukraynanın Aİ-yə üzvlük üzrə hazırkı prosedurunun davam etdirilməsini və ya keçid dövrünün tətbiqini, həmçinin ittifaqa mərhələli şəkildə qoşulmanı nəzərdə tutur.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
1
bizim.media

2Sources