EN

AQTA nın və DİN in birgə reydi: Tərtərdə at əti aşkarlanıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin və Daxili İşlər Nazirliyinin (DİN) Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları birgə reyd keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Tərtər rayonunun Buruc kəndində Tural Əmrah oğlu Cəfərova məxsus tövlədə istehlaka yararsız ümumi çəkisi 146,8 kiloqram olan sümükdən ayrılmış at əti, həmçinin 1 ədəd at başı və sümükləri aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, həmin atı adıçəkilən kəndin sakinləri Seymur Baloğlan oğlu Məmmədov və Həsən İntiqam oğlu Cəfərli tövləyə gətirərək, qəssab Seyfəddin Arif oğlu Quliyev ilə birlikdə kəsib və sümükdən ayrılan əti paketlərə qablaşdırıblar. Onlar at ətinin mal əti adı altında satılması məqsədilə Bakı şəhərinə, Elməddin Bulud oğlu Cəfərova göndərməyi nəzərdə tutduqlarını bildiriblər.

İstehlaka yararsız at ətindən nümunələr götürülərək soyuducu anbarda saxlanca yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
22
azertag.az

10Sources