EN

Siyasətçidən QALMAQALLI TƏKLİF: “Xaricdən bakirə qızlar gətirilsin”

Cənubi koreyalı siyasətçi qalmaqallı təkliflə çıxış edib.

İnterpress.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb.

Cənubi Koreyanın Çindo vilayətinin rəhbəri Kim Hi Su yerli sakinlərlə görüşü zamanı ölkədəki kəskin demoqrafik böhranı həll etmək üçün Şri-Lanka və Vyetnamdan gənc qızların ölkəyə “idxal edilməsini” təklif edib.

Siyasətçinin bu çıxışı ölkədə böyük rezonans doğurub.

Qeyd edək ki, Cənubi Koreyada hər qadına düşən doğum əmsalı 0,75-dir ki, bu da dünyada ən aşağı göstərici hesab olunur.

Proqnozlara görə, hazırda 50 milyon əhalisi olan ölkənin əhalisi yaxın 60 il ərzində yarıbayarı azalaraq 26,8 milyona düşə bilər.

Siyasətçi çıxışında bu fikirləri səsləndirib: “Biz insanların nəslinin kəsilməsinə reaksiya verməliyik. Əgər bu daxili resurslarla mümkün deyilsə, Şri-Lanka və Vyetnamdan gənc bakirə qızları gətirməli və onları kənd yerlərində yaşayan yaşlı subay kişilərlə evləndirməliyik”.

Bu qalmaqallı bəyanatından sonra Kim Hi Su Cənubi Koreyanın Demokratik Partiyasından xaric edilib.

Partiya rəhbərliyi onun təklifini insan ləyaqətinə zidd və etikadan kənar adlandırıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
32
interpress.az

1Sources