EN

Həbsdən çıxan kimi anasını, həyat yoldaşını, qızını öldürdü - Türkiyədə

Türkiyənin paytaxtı Ankarada ailə faciəsi yaşanıb.

Bizim.Media xəbər verir ki, Keçiören rayonunda 35 yaşlı Recep Cengiz odlu silahla 57 yaşlı anası və 8 yaşlı qızını öldürüb. 

Qatil daha sonra onların cəsədlərini maşınının baqajına qoyub boşanma ərəfəsində olduğu həyat yoldaşının yaşadığı ünvana gedib. Cengiz onu da öldürdükdən sonra intihar edib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Cengiz həbsxanadan icazə ilə çıxıb.

Faktla bağlı araşdırma aparılır. (publika.az)

Bizim.Media 

Chosen
17
2
bizim.media

7Sources