EN

Elşad Miri: “Mehdi sağdırsa, hardasa gizlənibsə, gözləyirsə, niyə kitablar yazmır, hansısa məlumatları ötürmür?”

İlahiyyatçı Elşad Mirinin “Youtube” platformasında “Bax da” kanalına İmam Mehdi barədə söylədikləri birmənalı qarşılanmayıb. Onun dediklərini qəbul edənlərlə yanaşı, tənqid edənlər də az deyil.

 
E.Miri Pravda.az-a açıqlamasında bildirib ki, “İslam dininin yeganə mənbəyi “Qurani-Kərim”dir, “Quran”da Mehdinin gəlişi, gözləntisi ilə bağlı bir ayə, məqam yoxdur: “Bunlar sonradan çıxarılan rəvayətlərə, hədislərə əsaslandırılır. Bu günə qədər Mehdi sağdırsa, hardasa gizlənibsə, gözləyirsə, niyə kitablar yazmır, hansısa məlumatları ötürmür? Yoxsa bəzilərinin iddia etdiyi kimi İranın dini liderini onun nümayəndəsi kimi layiq görürlər? Onlar siyasiləşmiş, dini don geyindirilmiş ideoloji amillərdir. Mehdi nəyi gözləyirdi? Fələstində o qədər uşağın qətlə yetirilməsini və ya İraqda bir milyondan artıq insanın məhv edilməsinimi? Nəyi?....”
Chosen
37
2
yenilik.az

3Sources