ABŞ Ticarət Palatası Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır.
Aznews.az xəbər verir ki, bunu ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ Ticarət Palatası dünyanın ən böyük biznes assosiasiyasıdır və qlobal miqyasda fəaliyyət göstərir.