EN

ABŞ-dən olan bir çox şirkətlər Azərbaycanı strateji tərəfdaş kimi nəzərdən keçirir

Bakı. Trend:

ABŞ-nin bir çox şirkətləri Azərbaycanı strateji tərəfdaş kiminəzərdən keçirir.

Trend xəbər verirki, bunu bu gün Bakıda keçirilən brifinq zamanı ABŞ TicarətPalatasının (U.S. Chamber of Commerce) Yaxın Şərq, Mərkəzi Asiya vəTürkiyə üzrə vitse-prezidenti Cennifer Mill bildirib.

“Nümayəndə heyətinə daxil olan bir çox şirkət, sizin də qeydetdiyiniz kimi, Azərbaycanı sadəcə satış bazarı deyil, stratejitərəfdaş kimi görür. Xüsusilə də nəzərə alsaq ki, şirkətlər burayagəlmək və hökumət və özəl sektor nümayəndələri ilə görüşərək ölkədəiki-üç gün keçirmək üçün vəsait yatırıb”, – deyə o bildirib.

Milin sözlərinə görə, Amerika şirkətlərinin həm hökumət, həm dəözəl sektor, eləcə də ünsiyyətdə olduqları bütün insanlartərəfindən səmimi qarşılanması böyük minnətdarlıq doğurur.

“Biz bu qədər gərgin dövrdə təkcə yüksək vəzifəli nazirlərindeyil, həm də müxtəlif agentliklərin rəhbərlərinin ayırdığı vaxtadəyər veririk. Məhz burada əlaqələr və imkanlar formalaşır. Buradabirgə fəaliyyət istiqamətlərini müzakirə etmək, zəruri islahatlarvə ya şirkətlərin səmərəli fəaliyyət göstərə bilməsi üçün həllivacib olan texniki məsələlər barədə fikir mübadiləsi aparmaqmümkündür”, – deyə o əlavə edib.

Millin sözlərinə görə, Amerika şirkətlərinin həm hökumət, həm dəözəl sektor, eləcə də ünsiyyətdə olduqları bütün insanlartərəfindən səmimi qarşılanması böyük minnətdarlıq doğurur.

Chosen
67
1
az.trend.az

2Sources