EN

Liviyada helikopter qəzası: Ölənlər var

Liviyanın cənub-şərqindəki Kufra şəhərində helikopter qəzası nəticəsində 5 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Helikopterin qəza anında səhradan təcili tibbi təxliyə məqsədilə humanitar missiya yerinə yetirdiyi bildirilib.

Qeyd olunub ki, qəzaya səbəb texniki nasazlıq və ya pis hava şəraiti olub. Mütəxəssislər hadisəni araşdırmağa başlayıblar.

Həlak olanlar arasında Liviya hərbçiləri və tibbi heyətlə yanaşı, tibbi təxliyə briqadasının tərkibində olan iki əcnəbi hərbçi də olub.

Chosen
81
publika.az

1Sources