EN

Türkiyədə narahatlıq: Hər il siqaretdən on minlərlə adam ölür

Yazını böyüt
Yazını kiçilt

“İctimai səhiyyə tütün sənayesinin maraqlarına təslim edilə, tütün sənayesi ilə gizli sövdələşmələrə girə bilməz. Şəffaflıq və hesabatlılıq həm Avropa İttifaqı, həm də ölkəmizin tərəf olduğu Tütün Nəzarəti üzrə Çərçivə Konvensiyasının bir hissəsi və şərtidir”.

Hafta.az yazır ki, bunu AKP İstanbul millət vəkili Müşərrəf Pərvin Tuba Durgut deyib. Qlobal tütün sənayesini tənqid edən Durqut, ictimai sağlamlığın qorunmasına yönəlmiş qaydaların transmilli şirkətlərin mənfəət hədəflərinə qurban verilə bilməyəcəyini bildirib.

Tütün sənayesinin Aİ institutlarından istifadə edərək ölkələrin səhiyyə siyasətinə müdaxilə etməyə çalışdığını bildirən Durqut, ictimai sağlamlığın danışıqlar mövzusu olmadığını vurğulayıb. O bildirib ki, hər il minlərlə insan siqaret çəkmə səbəbindən həyatını itirsə də, tütün sənayesi öz məhsulları üçün yeni bazarlar açmaq, qaydaları zəiflətmək və hökumətlərə təzyiq göstərmək üçün çalışır: “Biz buna icazə verə bilmərik. Parlament üzvü olaraq açıq şəkildə bildirirəm ki, tütün sənayesi ilə heç bir gizli sövdələşmə olmayacaq. Türkiyə gənclərini və cəmiyyətini qorumaq hüququndan imtina etməyəcək”.

Durqut həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın tütün məhsullarına qarşı mübarizə ilə bağlı mövqeyinə toxunaraq bildirib ki, Ərdoğan həmişə millətinin və ictimai sağlamlığın tərəfində olub.

Chosen
33
hafta.az

1Sources