Millət vəkili Razi Nurullayev Milli Məclisin plenar iclasındakı çıxışı zamanı ölkədəki qaz problemini kəskin tənqid atəşinə tutub. Deputat bildirib ki, bir çox bölgələrdə qaz xətləri göz önündə olsa da, evlər buz kimidir və insanlar soyuqdan donma təhlükəsi ilə üz-üzədir.