Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi Azərbaycana gətirilib.
"Cebheinfo.az" xəbər verir ki, sabiq deputatla vida mərasimi bu gün saat 12:00-da Heydər məscidində keçiriləcək.
Mərhumun 3-7 mərasimi 12 fevral, saat 11:00-15:00 aralığında Heydər məscidində keçiriləcək.
Xatırladaq ki, 79 yaşlı siyasətçi Türkiyədə dünyasını dəyişib.
"Cebheinfo.az"