EN

İran ətrafında böhran dərinləşir: Azərbaycan üçün mümkün ssenarilər

Son günlər İran–ABŞ gərginliyi fonunda bir məsələ geniş müzakirə edilir.

Belə ki, bir çox ekspert ABŞ-nin İrana müdaxiləsi halında belə, bu ölkədə baş verəcək istənilən etirazların Azərbaycan üçün potensial risk daşıdığını deyir. Xüsusilə miqrant axınının Azərbaycanı çətin vəziyyətdə qoya biləcəyi bildirilir.

Bu iddialar nə qədər doğrudur? ABŞ-nin İrana müdaxiləsi Azərbaycanı miqrant dalğası ilə üz-üzə qoya bilərmi?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Azər Qasımov deyib ki, İran ərazisində ABŞ-nin ona zərbəsi nəticəsində xaos yaranmasını istəməyənlər, dolayısıyla, İran rejiminin getməsini istəyənlərdir:

“İran rejiminin bir müddət də hakimiyyətdə qalması, əvvəla, öz xalqlarına xəyanətdir, sonra isə Azərbaycanın tarixi böyüklüyünə qarşıdır. Azərbaycan xalqı gec-tez bir olacaq – bu, tarixi aksiomadır. Lakin bu prosesin qarşısını almaq üçün müxtəlif adlar altında maneələr yaradılacaq və bu da geosiyasi qırılmalara səbəb olacaq”.

Politoloqun sözlərinə görə, Azərbaycan xalqının birliyi formalaşdıqdan sonra məzhəb amili arxa plana keçəcək:

“Azərbaycan bir olduqdan sonra şiə–sünni anlayışı böyük ölçüdə aktuallığını itirəcək, hətta din anlayışı belə ictimai-siyasi müstəvidə arxa plana keçəcək. Azərbaycan sivil, müasir və dünyəvi dövlət olacaq. Dindar təbəqə isə öz inancını dinin qaydalarına uyğun şəkildə yaşayacaq. Sünni dünyasının bundan çəkinməsinə heç bir əsas yoxdur.”

Azər Qasımov

Politoloq deyib ki, İran rejiminin getməsindən öz dövlət maraqları üçün ehtiyat edən ölkələri, qardaş Türkiyə də daxil olmaqla, heç bir təhlükə gözləmir:

“Qaçqın məsələsində İrandan çıxacaq kütlə əsasən imkanlı insanlar olacaq. Çünki yeni rejimdə demoqrafiyanın dəyişməsi mütləq olur. Aşağı imkanlı kəsim üçün sərhəddə qarşılama hazırlanmalıdır. Buna da ölkə daxilində ciddi qarşıdurma olacaqsa, ehtiyac duyulacaq. Əks halda, heç bir ciddi qaçqın köçü olmayacaq.

İran rejimi dəyişsə belə, bu ölkənin parçalanması demək deyil. Yeni hakimiyyətin başa gəlməsi xalqlara milli kimliklərini sərbəst şəkildə ifadə etmək imkanı yaradacaq. Federallaşma meyllərinin yaranması mümkündür.

Kürdlərin dövlət qurmasından çəkinmək, növbənin onlara çatacağı məsələləri isə Azərbaycan tərəfindən onun böyüklüyünə yaranmış şərait üçün mane olmağa bəhanə kimi qəbul edilir. Ümidvarıq ki, dost və qardaş ölkələrimiz belə bir fikirdə olmazlar”.

Atilla Rzasoy

Chosen
30
nocomment.az

1Sources